• Bakı C

    11.26 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Rusiyada yol qəzası - 4 nəfər öldü

DÜNYA

21 Fevral 2026 | 21:55

Rusiyada yol qəzası - 4 nəfər öldü

Rusiyanın Orenburq vilayətində avtomobil qəzası olub, nəticədə dörd nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, hadisə magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib.

Məlumata görə, R-239 "Kazan - Orenburq - Akbulak" avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində "Toyota" ilə "Mazda" toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.

Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb.
 


SON XƏBƏRLƏR

20 Fevral 2026