• Bakı C

    11.26 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Merz Vaşinqtona səfər edəcək

DÜNYA

21 Fevral 2026 | 21:34

Merz Vaşinqtona səfər edəcək

Almaniya kansleri Fridrix Merz gömrük rüsumları ilə bağlı yaranmış yeni vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etmək məqsədilə Vaşinqtona səfər etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, Merz bu barədə ARD telekanalına verdiyi müsahibədə danışıb.

O qeyd edib ki, ABŞ Ali Məhkəməsi gömrük siyasəti ilə bağlı qərarı ilə Vaşinqton administrasiyasının səlahiyyət çərçivəsini müəyyən edib.

Kanslerin sözlərinə görə, söhbət sahəvi rüsumlardan deyil, ümumi tarif dərəcəsindən gedir.

Merz bildirib ki, ABŞ prezidenti ilə görüşdən öncə Avropa İttifaqı çərçivəsində məsləhətləşmələr keçiriləcək və “tam aydın Avropa mövqeyi” formalaşdırılacaq.

Almaniya hökumətinin rəhbəri əlavə edib ki, tətbiq olunan rüsumlar ilk növbədə həmin rüsumları tətbiq edən ölkənin özünə ziyan vurur.

O vurğulayıb ki, Almaniya da ixracın azalması ilə əlaqədar müəyyən çətinliklərlə üzləşir, lakin son nəticədə daha ağır yük ABŞ istehlakçılarının üzərinə düşür.


SON XƏBƏRLƏR

20 Fevral 2026