• Bakı C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Qırğızıstanda birbaşa prezidentə tabe olan İstintaq Komitəsi yaradılır

DÜNYA

21 Fevral 2026 | 19:27

Qırğızıstanda birbaşa prezidentə tabe olan İstintaq Komitəsi yaradılır

Qırğızıstanda yaxın zamanda İstintaq Komitəsi yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.

"Bütün istintaq araşdırmaları ona (İstintaq Komitəsinə - red.) veriləcək", - deyə o bildirib.

Baş Prokurorluq, eləcə də Hərbi Prokurorluq ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcəklər.

Japarovun sözlərinə görə, yeni struktur birbaşa dövlət başçısına tabe olacaq, ona hesabat verəcək.

O hesab edir ki, Qırğızıstanda İstintaq Komitəsinin yaradılması ölkədə insan hüquqlarının daha effektiv qorunmasına imkan verəcək./Oxu.Az


SON XƏBƏRLƏR

20 Fevral 2026