Yanvarın 22-də yerli vaxtla təxminən saat 15:13-də (Bakı vaxtı ilə 16:13) Suriyanın Qamışlı şəhərində yerləşən hərbi aerodroma Rusiya təyyarəsi eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, təyyarənin enişi ərəfəsində aerodromda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Enişdən az əvvəl aerodrom üzərində iki Rusiya helikopterinin müşahidə edildiyi, onların ərazini nəzarət uçuşları ilə yoxladığı bildirilib.
Qeyd edək ki, Suriya kürd qüvvələri İŞİD-lə müharibənin başa çatmasından sonra Qamışlı şəhərinə nəzarəti həyata keçirir. Şəhər Suriyanın şimal-şərqində strateji əhəmiyyətə malik bölgələrdən biri hesab olunur.
Rusiya hərbçiləri Qamışlıdan hərbi texnikanı Suriyanın Latakia şəhərinə daşıyır. Yüklərin əsasən Xmeymim aviabazası istiqamətində aparıldığı qeyd olunur. Xmeymim aviabazasında hazırda Rusiya hərbi kontingenti yerləşdirilir.
Məlumatda bildirilir ki, bu proses Suriyada mövcud hərbi vəziyyət və regiondakı qüvvələr balansının dəyişməsi fonunda diqqətlə izlənilir.
Bakı 




