• Bakı C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

“Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - SİYAHI

SİYASƏT

22 Yanvar 2026 | 23:50

“Sülh Şurasının Nizamnaməsi”nə hansı ölkələr imza atdı? - SİYAHI

Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Qəzzanın müharibədən sonrakı bərpası və idarə olunmasını hədəfləyən tarixi “Sülh Şurasının Nizamnaməsi” imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şura Qəzzanın demilitarizasiyası, yenidən qurulması və bölgəyə beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi kimi kritik məsələlərə nəzarət edəcək.

Qeyd edək ki, sənədə imza atan ölkələr arasında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Ermənistan, Argentina, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Paraqvay, Kosovo, Səudiyyə Ərəbistanı və Özbəkistan yer alıb. 

Xatırladaq ki, “Sülh Şurası” Qəzzada keçid dövrünün idarə edilməsi və investisiyaların cəlb olunması üçün əsas beynəlxalq platforma rolunu oynayacaq


SON XƏBƏRLƏR

22 Yanvar 2026