• Bakı C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Ermənistanda benzin ucuzlaşır

DÜNYA

22 Yanvar 2026 | 23:25

Ermənistanda benzin ucuzlaşır

Ölkədə artıq mayeləşdirilmiş təbii qaz çatışmazlığı yaşanır və mövcud qazın qiyməti kəskin şəkildə artıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. O bildirib ki, benzin və dizel yanacağının qiymətləri düşməyə davam edir. 

"Benzinin qiyməti: dekabrın əvvəlində 510 dram/l idi, hazırda 430 dram/l. Fərq 80 dram/l və ya -15,7% təşkil edir. Dizel qiyməti: dekabrın əvvəlində 480 dram/l, hazırda 410 dram/l. Fərq 70 dram/l və ya -14,6% təşkil edir. Azərbaycan neft məhsullarını da alan böyük yanacaqdoldurma məntəqələri şəbəkələrindən biri yaxın günlərdə bu yanacağı aşağı qiymətlərlə satmağa başlayacaq", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

22 Yanvar 2026