• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Türkiyə Putinlə Zelenskini görüşdürmək istəyir

SİYASƏT

05 Sentyabr 2025 | 16:20

Türkiyə Putinlə Zelenskini görüşdürmək istəyir

"Rusiya və Ukrayna liderlərinin birbaşa görüşü barədə nəsə demək çətindir".

Bunu politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, hadisələr çox mürəkkəb şəkildə inkişaf edir:

"Xüsusən, son bir neçə il ərzində Rusiya tərəfindən Ukraynaya böyük zərbələr endirilir, paytaxt Kiyev vurulur. Ukrayna bununla bağlı çox kəskin bəyanatlar verir. Sərt bəyanatlar və gərginlik fonunda tərəflərin, yəni Putinlə Zelenskinin görüşü qeyri-real görünür”.

Müsahibimizin sözlərinə görə, lakin görünən odur ki, vasitəçilər, ələlxüsus Türkiyə çalışır ki, liderlərin görüşü baş tutsun və müharibənin şiddəti səngisin. Eyni zamanda tərəflər sülhə dair əsaslı addımlar atsın:

“Lakin indiki mürəkkəb şəraitdə liderlərin birbaşa təması çətin görünür. Təbii ki, məsələ Türkiyə ilə bağlı deyil. ABŞ prezidenti də tərəflərə təsir göstərə, liderlərin görüşünü təşkil edə bilmir. Hadisələrin məntiqi başqa şey deyir".

İlqar Vəlizadə, politoloq

Həmsöhbətimiz əlavə edib ki, ilk növbədə görüşün gündəliyi hazırlanmalıdır:

"Bununla bağlı da hansısa xüsusi hazırlıq yoxdur. Düşünmək olar ki, qapalı şəraitdə liderlərin görüşünə hazırlıq gedir. Hər halda Türkiyə tərəfi çalışır ki, həm Moskvanı, həm Kiyevi görüşə razı salsın, kontaktlar var. Rabitələr əsasında müəyyən dəst-xətt formalaşa bilər. Hər halda tərəflərin görüşü istiqamətində işlər gedir, vasitəçilər buna çalışırlar. Türkiyə də əsas təşəbbüskarlardan biridir. Ankara kifayət qədər təsirli oyunçu sayılır. Türkiyə XİN başçısı Hakan Fidanın Ukrayna və Rusiya xarici işlər nazirləri ilə sıx əlaqədə olması də göstərir ki, Ankara çalışır ki, görüş onun meydanında baş tutsun, müəyyən razılaşmalar olsun".

Aydın Baxış


SON XƏBƏRLƏR