• Bakı 23° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Paşinyan Konstitusiya dəyişikliyindən vaz keçmək istəyir?

SİYASƏT

04 Oktyabr 2025 | 10:11

Paşinyan Konstitusiya dəyişikliyindən vaz keçmək istəyir?

“Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiyanı dəyişməyə çox meylli deyil".

Bu barədə siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, hazırda Avropa və ABŞ-nin diqqətində Türkiyədir:

"İsrailin təsiri ilə çalışırlar ki, Türkiyədə mümkün qədər hakimiyyət dəyişikliyinə, yaxud hazırkı hakimiyyətin mövqe dəyişikliklərinə nail olsunlar. Bu, əsasən Türkiyənin Yaxın Şərq siyasəti ilə bağlıdır. Ermənistanın konstitusiya dəyişikliyi etməsi də Türkiyə və Azərbaycana görədir. Odur ki, bu prosesi mümkün qədər ləngitmək nəzərdə tutulur. Nikol Paşinyanın Rusiya səfərinin də burada təsiri böyükdür”.

Politoloq bildirib ki, hər halda Avropa və Rusiyanın Ermənistana münasibətində ortaq xristian təəssübkeşliyi də mütəmadi olaraq özünü göstərir. Dediyinə görə, Ermənistanı Türkiyə və Azərbaycan üçün tamamilə zərərsiz görmək istəmirlər:

“Mütləq bir tutalğac, əl yeri saxlamaq istəyirlər ki, zamanı gələndə Ermənistandan yenə istifadə edə bilsinlər. Təbii ki, bu Paşinyanın da ürəyincədir. Ola bilsin, müxalifətin təzyiqlərini bəhanə edərək Konstitusiya dəyişikliyindən vaz keçmək istəyir".

Tural İrfan: Paşinyan Avropa Şurasında indidən özünü sığortalamaqla qabaqcadan rəy almaq istəyir

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan Konstitusiyasında faktiki olaraq torpaq iddiası var:

"Hətta müxtəlif atributlarda, gerbdə Ağrı dağının rəmzi də təsvir olunub. Bunu ləğv etməklə torpaq iddiasından vaz keçmiş sayılmadıqlarını təbii ki, anlamamış deyillər. Baş nazir Paşinyan Avropa Şurasında indidən özünü sığortalamaqla qabaqcadan rəy almaq istəyir. Bunu məqsədli şəkildə də edə bilər. Çünki yekun sülh müqaviləsinin rəsmi imzalanmasının yubanma səbəbi məhz Ermənistan konstitusiyasındakı dəyişikliklər məsələsidir. Əgər bu lazım deyildisə onda nə üçün sülh müqaviləsi hələ  imzalanayıb? Görünür, əsl səbəbdən yan keçməklə ictimaiyyəti çaşdırmaq istəyirlər. Açıq qalmış əsas məsələlərdən birincisi məhz konstitusiya məsələsidir".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Oktyabr 2025