“Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
Tərəflər arasında sülh sazişinin artıq paraflandığını xatırladan mətbuat katibi qeyd edib ki, bu proses böyük mərhələdir:
“Təsdiqlədik ki, iki ölkənin sərhədləri 1991-ci il Almatı Bəyannaməsi ilə tanınır. Yurisdiksiya, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzərində razılığa gəlmişik. Bunu gələcək işlər üçün çox mühüm əsas hesab edirik. Sülhün bərqərar olduğuna inanırıq”.
Badalyan qeyd edib ki, İrəvan müqavilənin imzalanması istiqamətində çalışacaq:
“Mart ayında Ermənistan onu imzalamağa hazır olduğunu bəyan edib. Dərhal bəyan etdik ki, gəlin danışaq, vaxtı və yeri müəyyən edək, imzalamağa hazırıq. Vədimiz dəyişməyib”.