• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiya imperiya ambisiyalarından əl çəkmək istəmir - AÇIQLAMA

SİYASƏT

05 Sentyabr 2025 | 14:38

Rusiya imperiya ambisiyalarından əl çəkmək istəmir - AÇIQLAMA

"Azərbaycan öz mövqeyini, maraqlarını qoruyur. Rusiya isə heç bir ölkənin maraqları ilə hesablaşmaq istəmir. İmperiya ambisiyalarından, şovinist siyasətdən əl çəkmir, çəkmək istəmir".

Bunu Bakıvaxtı.az-a Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bu zərərli ideologiyalar iki yüz ildə rusların beyninə elə yeridilib ki, ziyalısından tutmuş, ən sıravi adamlarınadək həmin təfəkkürün daşıyıcısıdır:

"Xatırladım ki, Vladimir Putin hakimiyyətə gəldiyi ilk dövrlərdə belə bir açıqlama vermişdi ki, onlara miras qalan ən ağır yüklərdən biri imperiya ambisiyalarıdır və guya bundan qurtulmağa çalışacaqlar. Ancaq bu gün Kreml rəhbərliyinin həyata keçirdiyi siyasət məhz imperiya siyasətidir. İndiki Rusiya hökuməti də şovinizm siyasətini davam etdirir. Bu gün küçələrdə başına maska keçirib gəzən rus şovinistlər miqrantları təhqir edirlər. Miqrantlara "siz rusların qullarısınız" deyirlər. Onlara dəstək verən siyasi dairələr var. Anlamırlar ki, milyonlarla miqrant ilk növbədə Rusiyanın dirçəlməsi, iqtisadiyyatı üçün çalışırlar. Orada iş qurur, ticarət edir, büdcəyə vergi ödəyirlər. Rusiya sadəcə ruslardan ibarət deyil, orada nə qədər başqa millətlər yaşayır. Ölkənin 25-30 faizi müsəlmanlardan ibarətdir. Bunu görməzdən gəlmək olmaz axı".

Akif Nağı: Rusiya əlaqələri yaxşılaşdırmaq istəyirsə, Bakının gözləntilərini doğrultmalı, tələbləri icra etməlidir

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan istənilən qonşusu ilə münasibətlərini normallaşdırmaqda maraqlıdır:

"Hətta bizə qarşı işğalçılıq etmiş, cinayətkar, təcavüzkar Ermənistanla belə bu gün sülhdən danışırıq. Çünki qonşuluqda düşmənçiliyin olması həm normal deyil, həm də problemlər yaradan məsələdir. Rusiya ilə əlaqələrin yaxşılaşmasını istəyirik. Amma bunun üçün Rusiya Bakının gözləntilərini doğrultmalı, tələbləri icra etməlidir. Təyyərəmizin vurulmasına görə üzr istəməli, təzminat ödəməli, soydaşlarımıza qarşı təzyiqlərə, repressiyaya son verməlidirlər. Azərbaycana qarşı mediada, sosial şəbəkədə çirkin təbliğatlara imkan yaratmamalıdırlar. Solovyovların ağzından vurmalıdırlar. Bizə hansısa şərt qoymamalıdırlar. Çünki münasibəti korlayan Rusiya özü olub".

Aydın Baxış


SON XƏBƏRLƏR