• Bakı 23° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Mirziyayev Trampa zəng etdi

DÜNYA

05 Sentyabr 2025 | 22:02

Mirziyayev Trampa zəng etdi

Özbəkistan prezidenti Şövkət Mirziyayev amerikalı həmkarı Donald Trampa zəng edərək onu Daşkəndə səfərə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları ölkələr arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd olunur ki, ABŞ prezidenti Özbəkistanda iqtisadiyyatın modernləşdirilməsi və ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Eyni zamanda, Mirziyayev Tramp hökumətinin daxili və xarici siyasətinin nəticələrinə diqqət çəkib, həmçinin Vaşinqtonun beynəlxalq və regional münaqişələrin sülh yolu ilə həllinə töhfəsini və səylərini qeyd edib.


SON XƏBƏRLƏR