• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Bu ilin birinci yarısında daha 250 min insan Ukraynanı tərk edib

DÜNYA

05 Sentyabr 2025 | 16:33

Bu ilin birinci yarısında daha 250 min insan Ukraynanı tərk edib

2025-ci ilin yanvar-iyun aylarında 250 minə yaxın Ukrayna sakini ölkəni tərk edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumat yayıb.

Məlumata görə, 400 min insanın ölkəni tərk etdiyi 2024-cü ilin eyni dövrü ilə müqayisədə mühacirətin sürəti bir qədər azalıb, lakin vətəndaşların xaricə axını davam edir. Ümumilikdə 2 sentyabr 2025-ci il tarixinə 5,7 milyon insan ölkədən kənardadır ki, onların əksəriyyəti Almaniya, Polşa və Çexiyadadır.

Ukrayna Milli Elmlər Akademiyasının M.V.Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun hesablamalarına görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə 25-28 milyon insan yaşayır.

Gülşən Şərif


SON XƏBƏRLƏR