• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Konqoda yeni Ebola epidemiyası - 15 ölü

DÜNYA

05 Sentyabr 2025 | 13:55

Konqoda yeni Ebola epidemiyası - 15 ölü

Konqo Respublikasında yeni Ebola epidemiyasının simptomları olan 28 nəfərdən 15-i ölüb.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə məlumatı Konqo Respublikasının Səhiyyə Nazirliyi yayıb.

    Məlumatda bildirilir ki, bu, Konqoda Ebola epidemiyasının 16-cı dalğasıdır. Səhiyyə naziri Samuel-Roger Kamba deyib ki, təxminən 53,6% ölüm nisbəti vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

    Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərini və Konqo Respublikasının Sürətli Reaksiya Komandasını epidemiyanın baş verdiyi Kasai vilayətinə göndərərək xəstəliyə nəzarəti gücləndirmək, müalicə və infeksiyanın qarşısının alınması tədbirlərini həyata keçirmək üçün iş aparır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026