• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

"Bloomberg": ABŞ Asiya-Sakit Okeanında hegemon statusunu itirir

DÜNYA

05 Sentyabr 2025 | 15:23

Bloomberg: ABŞ Asiya-Sakit Okeanında hegemon statusunu itirir

Çin donanması sayca ABŞ Hərbi Dəniz Qüvvələrini geridə qoyub və Vaşinqtonun regiondakı müttəfiqləri artıq onu etibarlı tərəfdaş kimi görmürlər.

Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ artıq Asiya-Sakit okean regionunda hegemon deyil. 

Nəşr qeyd edir ki, Çin sürətlə yeni tipli təyyarələr, raketlər və digər hərbi texnikalar təqdim edir və Pekinin hərbi qüdrəti sentyabrın 3-də keçirilən genişmiqyaslı hərbi parad zamanı dünyaya nümayiş etdirilib.

Bu kontekstdə ABŞ-nin regiondakı müttəfiqləri Vaşinqtonu etibarlı tərəfdaş kimi görməkdən əl çəkiblər. Həmçinin Trampın dövründə ABŞ-nin siyasəti Avstraliya və Yaponiyanı bir-birinə daha da yaxınlaşdırıb, onlar indi ikitərəfli iqtisadi və müdafiə əməkdaşlığını gücləndirməyə üstünlük verirlər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR