"Volodimir Zelenski də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi Rusiya ilə münaqişəyə səbəb olub, lakin ondan fərqli olaraq, radikal strategiyası ilə Ukraynanı milli fəlakətə sürükləyib".
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu fikri "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.
O, açıqlamasında 2008-ci ildə Cənubi Osetiyada baş vermiş münaqişəni və o zaman Gürcüstanın prezidenti olmuş Saakaşvilinin məhkəməsini xatırladıb:
"Gürcüstan hakimiyyətinin keçmiş prezidenti Mixail Saakaşvilinin 2008-ci ildə Rusiya Federasiyası ilə 8 günlük müharibəyə başlaması Zelenskiyə qarşı da oxşar mühakimə üçün zəmin yaradır. Ancaq Saakaşvili ilə Zelenski arasında böyük fərq var. 2008-ci il avqustun 16-da səkkiz günlük münaqişədən sonra Saakaşvili münaqişənin sülh yolu ilə həlli planını imzaladı, bundan sonra onu Kremldə Dmitri Medvedev imzaladı. Münaqişə tərəflərinin bu sənədi imzalaması hərbi əməliyyatların başa çatması oldu. Saakaşvilidən fərqli olaraq, Zelenski cinayətkar radikal strategiyaya riayət edir, bununla da günahını ağırlaşdırır və ölkəni son məhvə aparır. Tarixi ədalət Zelenskinin mühakimə olunmasını tələb edir. Çünki o, Ukrayna xalqını fəlakətə sürükləyir".
Medvedçuk qeyd edib ki, hazırkı Avropa rəhbərliyi münaqişəni alovlandırır.
Gülşən Şərif