• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlandı

CƏMİYYƏT

19 Yanvar 2026 | 16:14

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlandı

Cəlilabad–Yardımlı yolu bağlanıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, güclü qarın yağması səbəbindən Cəlilabad–Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb.

Aidiyyəti qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işləri aparır, nəqliyyatın hərəkəti qismən təmin olunur.

Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026