Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilib. Bildirilib ki, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib. Belə ki, anaya uşağın sağlam, ataya isə xəstə olması barədə tibbi arayış verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Baş Səhiyyə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci il dekabrın 1-də vətəndaş Şahnaz Fərhad İsmayılova qızı övladı Y.İ.-nin sağlamlıq haqqında arayış (Forma-26) alınması məqsədilə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Uşaq Poliklinikasına müraciət edib.
Məlumatda qeyd olunub ki, sözügedən tarixdə uşaq müayinə paketinə daxil olan bir sıra tibbi müayinələrdən keçirilib:
"Müayinələrin nəticəsinə əsasən, ultrasəs müayinəsi (USM) zamanı uşağın böyrəklərində çoxsaylı kistalar aşkar olunub. Bu barədə "e-tabib" elektron qeydiyyat sistemində həmin tarix üçün müvafiq qeydlər əks olunub.
"Forma-26" sənədinin tərtibi zamanı tibb müəssisəsinə yeni təyin olunmuş yeniyetmə həkimi Nərmin Zərgərova tərəfindən uşağın müayinə nəticələrinin müvafiq xanalara düzgün qeyd edilməməsi səbəbindən texniki səhvə yol verilib. Sözügedən xəta 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi tərəfindən aşkar edilib, həmin həkim barəsində müvafiq tədbir görülüb".
Bakı 





