• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Dünya Bankı ilə su və kənd təsərrüfatında tərəfdaşlıq müzakirə olundu

SİYASƏT

19 Yanvar 2026 | 17:08

Dünya Bankı ilə su və kənd təsərrüfatında tərəfdaşlıq müzakirə olundu

Azərbaycan ilə Dünya Bankı arasında su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, Bankın ölkəmizdə icra etdiyi cari və gələcək proqramlar, xüsusilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

S.Babayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir, bu əməkdaşlıq çərçivəsində Bankın maliyyələşdirdiyi layihələr və göstərilən texniki dəstək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Kənd təsərrüfatı və suvarma sahəsində prioritet məsələlərə toxunan nazir "Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" layihəsi çərçivəsində məhsuldarlığın və dayanıqlılığın artırılmasının, eləcə də müxtəlif dəyər zəncirlərində rəqabət qabiliyyətinin gücləndirilməsinin əsas məqsəd kimi müəyyən edildiyini qeyd edib. Bildirilib ki, layihə irriqasiya sistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun və bazar yönümlü texnologiyaların tətbiqini, kənd təsərrüfatı təcrübələrinin modernləşdirilməsini və sektorun davamlı inkişafına xidmət edən əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda həyata keçirilən islahatları və son illərdə əldə olunan sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirərək, Bankın ölkəmizlə tərəfdaşlığının gələcək dövrdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, xüsusilə su və kənd təsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələr dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, iqlim dəyişikliklərinə adaptasiya və kənd ərazilərində rifahın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı nəqliyyat, logistika və yol infrastrukturu sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Tərəflər bu istiqamətlər üzrə potensial layihələrin icrası, regional inteqrasiya perspektivləri və dayanıqlı infrastrukturun inkişaf etdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.


SON XƏBƏRLƏR