İspaniyanın cənubundakı qatar qəzasını araşdıran müstəntiqlər relsdə çat aşkar ediblər.
Bakıvaxtı.az xəbər verir ki, İspaniya nəqliyyat naziri Oskar Puentenin sözlərinə görə, Qatar qəzası ilə bağlı istintaq davam edir.
Bu arada İspaniyanın Baş naziri Pedro Sançes üç günlük matəm elan edib.
Qeyd edək ki, İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən 300 sərnişin daşıyan İryo qatarının bir neçə vaqonu relsdən çıxaraq Alvia qatarı ilə toqquşub. Otuz doqquz nəfər həlak olub.
Bakı 




