Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Vestas Wind Systems" şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkədə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulanıb, ölkədə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edilib.
Görüşdə Azərbaycan ilə "Vestas Wind Systems" şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bakı 







