• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Etirazların səsi: İranda sosial sarsıntı və xarici maraqlar 

SİYASƏT

19 Yanvar 2026 | 17:04

Etirazların səsi: İranda sosial sarsıntı və xarici maraqlar 

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneinin hakimiyyətinə son qoyulmasına çağırıb.

Tramp “Politico”ya müsahibəsində deyib ki, İran yeni liderlik axtarmalıdır və hökumət repressiya və zorakılığa güvənməyi dayandırmalıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, İrandakı bu son etirazlar yeni başlayanda artıq ABŞ prezidenti Donald Tramp məsələyə münasibət bildirmişdi.

Ekspert bildirib ki, o zaman hələ bilinmirdi ki, bu etirazlar hara aparacaq, siyasi hakimiyyət etirazçılarla necə rəftar edəcək:

"Donald Tramp İran xalqına yardımın yolda olduğunu bildirir, açıq aydın etirazları dəstəklədiklərini nümayiş etdirirdi. Daha sonra Tramp administrasiyasının İrandakı hadisələrlə bağlı hazır planlarının olduğu məlum oldu. Əslində İrandakı molla rejimi insanları bezdirib".

Onun sözlərinə görə, İran hakimiyyətində ciddi korrupsiya və özbaşınalıq var: 

"Xalqın etirazları əsasən bunların səbəb olduğu sosial-iqtisadi böhran, azadlıqların məhdudlaşdırılması və hüquqi nihilizmdəndir. Amma bu vəziyyətdən istifadə edib öz maraqlarını irəli sürməyə can atan beynəlxalq güclər də var ki, onların başında ABŞ gəlir".

Həsrət Rüstəmov: Əgər Pezeşkian və etiraz edən kütlələr dil tapsalar İran bu hadisələrdən bir az islah olunmuş, nisbətən uğurlu çıxa bilər

Analitik qeyd edib ki, hələ ki, Məsud Pezeşkian İran hakimiyyətində yeganə adamdır ki, xalqın maraqlarını müdafiə etməyə, xarici qüvvələrin içəri sızmasına əngəl olmağa çalışır:

"Etirazçıların isə bilinən bir lideri və proqramları yoxdur. Əgər Pezeşkian və etiraz edən kütlələr dil tapsalar, İran bu hadisələrdən bir az islah olunmuş, nisbətən uğurlu çıxa bilər".

Sonda müsahibimiz əlavə edib ki, əks halda etirazların İrana faydadan çox ziyanı dəyəcək: 

"ABŞ və İsrail də vəziyyətdən öz faydalarına maksimum istifadə etməyə çalışacaqlar".

Aydın Baxış


SON XƏBƏRLƏR