Müdafiə naziri İsrael Katz İsrail ordusunun əməliyyatlarının HAMAS təslim olana qədər davam edəcəyini deyib.
Bakıvaxtı.az xəbər verir ki, Katz bu barədə özünün “X” hesabında bildirib.
O qeyd edib ki, HAMAS şərtləri qəbul edənə qədər İsrail ordusunun fəaliyyəti intensivləşəcək.
“Bu şərtlərin başında bütün girovların azad olunması və HAMAS-ın tərksilah edilməsidir. Yoxsa məhv olacaqlar”,- İsrailin müdafiə naziri xəbərdarlıq edib.