• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Zelenski və Aİ Şurası Prezidenti görüşüb

DÜNYA

05 Sentyabr 2025 | 13:56

Zelenski və Aİ Şurası Prezidenti görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Zakarpatyada Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə görüşüb.

Bakıvaxtı.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.

Bildirilib ki, görüşdə Zelenski Ukraynanın təhlükəsizlik təminatlarının hazırlanmasında Aİ-nin roluna görə təşəkkür edib.

Prezident, həmçinin Parisdəki koalisiya sammitindən sonra danışıqların məhsuldar olduğunu vurğulayıb.

Görüş zamanı Çop və Ujqorod arasında yeni Avropa dəmir yolu xəttinin açılışı da qeyd olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR