• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Gürcüstan Prezidenti müxalif partiyanın liderlərini əfv edib

DÜNYA

05 Sentyabr 2025 | 14:14

Gürcüstan Prezidenti müxalif partiyanın liderlərini əfv edib

Gürcüstan Prezidenti Mixail Kavelashvili müxalif “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Badri Çaparidze və Mamuka Xazaradzeni əfv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin bəyanatında bildirilib.

    Gürcüstan Prezidenti qərarını oktyabrın 4-nə planlaşdırılan bələdiyyə seçkilərində "heç kimə məhdud rəqabətlilik barədə danışmaq üçün səbəb verməmək" istəyi ilə izah edib.

    Qeyd edək ki, Badri Çaparidze və Mamuka Xazaradze parlamentin istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə ittiham edilərək həbs olunublar.


    SON XƏBƏRLƏR