• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda evdən 16 min manatlıq qızıl oğurlanıb

HADİSƏ

05 Sentyabr 2025 | 15:02

Bakıda evdən 16 min manatlıq qızıl oğurlanıb

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.

Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026