• Bakı 12° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Xəzər rayonunda oğurluq edən şəxslər saxlanılıblar

HADİSƏ

04 Oktyabr 2025 | 15:15

Xəzər rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

22 Noyabr 2025