160 saylı xətt üzrə hərəkət edən avtobusda sürücü və sərnişinlər arasında gərginlik yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə bu gün saat 08:10-da 160 nömrəli marşrut avtobusunda (77-JD-305 dövlət nömrə nişanlı) qeydə alınıb.
Məlumata görə, avtobus mərkəzdən saat 07:15-də çıxıb və "Binə körpüsü"nə 08:10-da çatıb. Təxminən 1 saata yaxın yol qət edən sürücü hər dayanacaqda normadan artıq dayanaraq çoxlu sayda sərnişin yığıb. Bu səbəbdən avtobusun hərəkətində gecikmə yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü gecikməyə etiraz edən sərnişinləri təhqir edib, "özüm bilərəm", "nə edə bilərsiniz mənə" kimi sözlərlə kobud davranış nümayiş etdirib.
Sərnişinlər məsul qurumlardan 160 nömrəli marşrut avtobuslarında sürücü davranışlarına ciddi nəzarətin gücləndirilməsini tələb edirlər.
Sözügedən kadrları təqdim edirik:
Bakı 


