• Bakı C

    11.27 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Cəlilabadda təsərrüfat ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

02 Dekabr 2025 | 20:17

Cəlilabadda təsərrüfat ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

 

***17:44

Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğınla bağlı araşdırma aparılır.

***

13:36

Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib.

Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Report


SON XƏBƏRLƏR

14 Dekabr 2025