• Bakı 13° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Göygöldə 2 nəfərin öldüyü qəzadakı avtomobil duracaqda yanıb 

HADİSƏ

03 Noyabr 2025 | 10:05

Göygöldə 2 nəfərin öldüyü qəzadakı avtomobil duracaqda yanıb 

Göygöldə 2 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzasına düşmüş avtomobil duracaqda yanıb.

Bakıvaxtı.az APA-ya istinadla bildirir ki,, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Bakı Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR