• Bakı 12° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

"Siqaretimi kim çəkib?" mübahisəsi - üç nəfər bıçaqlandı

HADİSƏ

02 Dekabr 2025 | 15:23

Siqaretimi kim çəkib? mübahisəsi - üç nəfər bıçaqlandı

Bakının Nərimanov rayonunda 25 yaşlı Elcan Qulamov (soyadı şərtidir) üç tanışını bıçaqlayıb.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, tərəflərin mübahisəsi siqaretə görə olub.

Belə ki, dostlar restoranların birində ad günü məclisinə toplaşıblar. Məclisin sonuna yaxın dostlardan birinin siqaretinin yoxa çıxdığı bəlli olub.

Bu zaman siqareti yoxa çıxan şəxs məclis iştirakçılarından - "Mənim siqaretimi kim çəkib?" - deyə soruşub. Cavab ala bilməyən Sübhan Məmmədov (soyadı şərtidir) ümumi olaraq siqaretini götürən şəxs barədə söyüş söyüb.

Bundan sonra Elcanla Sübhan arasında siqaretə görə mübahisə yaranıb. Restoranın həyətində davam edən mübahisənin nəticəsində Elcan Sübhana, eləcə də mübahisəyə qarışan Fəridlə Rəşada bıçaqla xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin yekununda Elcan Qulamov 9 il müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR