• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Cənubi Afrika Rusiya və Çinlə birgə təlimləri təxirə sala bilər

DÜNYA

05 Sentyabr 2025 | 14:21

Cənubi Afrika Rusiya və Çinlə birgə təlimləri təxirə sala bilər

Cənubi Afrika hakimiyyəti Rusiya və Çinlə birgə təlimləri təxirə salmaq niyyətindədir, çünki onların tarixləri noyabrda Yohannesburqda keçiriləcək G20 sammitinin tarixləri ilə üst-üstə düşür. 

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Cənubi Afrikanın G20-yə sədrliyi ilə bağlı fəaliyyətləri nəzərə alaraq, Müdafiə Nazirliyi Cənubi Afrika, Rusiya və Çin arasında 2025-ci ilin noyabrına planlaşdırılan birgə dəniz təlimlərini təxirə salmaq üçün addımlar atır. Təxirə salınma təlimlərin logistika, təhlükəsizlik və Cənubi Afrikanın G20-yə sədrliyi ilə bağlı digər hazırlıq fəaliyyətlərinə təsir göstərməməsi üçün zəruridir. 

Qeyd edək ki, G20 sammiti noyabrın 22-23-də Yohannesburqda keçiriləcək. Mosi 3 (“Smoke 3”) kod adlı Rusiya, Çin və Cənubi Afrikanın birgə təlimləri noyabrda Çinin rəhbərliyi ilə Cənubi Afrika sahillərində Atlantik okeanında keçiriləcək. İlk Mosi təlimi 2019-cu ilin noyabrında Keyptaun yaxınlığındakı Atlantik okeanında baş tutub. İkincisi isə 2023-cü ilin fevralında Durbanın şimalında Hind okeanında keçirilib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR