• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Elçin Məsiyev dünya çempionatı matçına təyinat alıb

İDMAN

05 Sentyabr 2025 | 12:50

Elçin Məsiyev dünya çempionatı matçına təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR