• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib

İDMAN

04 Oktyabr 2025 | 18:56

Premyer Liqa: Qarabağ Kəpəzi məğlub edib

"Qarabağ" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda "Kəpəz"i qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.


SON XƏBƏRLƏR