• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

İQTİSADİYYAT

05 Sentyabr 2025 | 15:06

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Sentyabrın 5-də Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib. Məlumata görə, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7,00 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


SON XƏBƏRLƏR