• Bakı 21° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

İQTİSADİYYAT

04 Oktyabr 2025 | 15:26

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 39,247 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 % azdır.

Təkcə sentyabrda Türkiyə Azərbaycana 6,491 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,9 % çoxdur.

9 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 12,712 milyard ABŞ dollarına, sentyabrda isə 5,7 % azalaraq 1,491 milyard ABŞ dollarına enib. Türkiyədən ən çox geyim idxalı Almaniya 2 milyard 058,693 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,8 % az), Niderland 1 milyard 505,361 milyon ABŞ dolları (- 6 %) və İspaniya 1 milyard 280,214 milyon ABŞ dolları (- 9,8 % az) dəyərində həyata keçirib.


SON XƏBƏRLƏR

03 Oktyabr 2025