• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azərbaycan və Macarıstan səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayıb

CƏMİYYƏT

05 Sentyabr 2025 | 17:46

Azərbaycan və Macarıstan səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Budapeştdə Azərbaycan Respublikası ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən bildirilib.

İclasda Azərbaycanı Hökumətlərarası Komissiyanın həmsədri, maliyyə naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə ticarət, investisiya, energetika, səhiyyə, əmək, sosial müdafiə, elm, təhsil, mədəniyyət, turizm və qida təhlükəsizliyi kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair mühüm bir sənəd – Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti, “PannonPharma” və “Scandens Pharmaceuticals” şirkətləri arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi Azərbaycan və Macarıstanın tibb mütəxəssisləri üçün təlim proqramlarının təşkili və ali tibb təhsili müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sənayesində bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir.


SON XƏBƏRLƏR