Prezident İlham Əliyevin “2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Bakıvaxtı.az xəbər verir ki, ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdəbirindən çoxunu BANM tələbələri təşkil edir.
BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.