• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

DÜNYA

05 Sentyabr 2025 | 17:38

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, 15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb.

“Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”, - Macarıstan XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, bu əməkdaşlıq Macarıstana enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində böyük nəticələr qazandırıb: “Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyası MOL Group və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında səhmlərə sahibdir və beynəlxalq bazarda sadə alıcıdan enerji istehsalçısına çevrilib”.


SON XƏBƏRLƏR