• Bakı 18° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır

GÜNDƏM

09 Avqust 2025 | 16:32

Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır

 Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun “X” səhifəsində yazılıb.

“Biz hər iki tərəfin sülhə nail olmaq səylərini, eləcə də ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu addım Cənubi Qafqazda gələcək əməkdaşlığa və firavanlığa yol açacaq”, - paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025