• Bakı C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı

CƏMİYYƏT

10 Yanvar 2026 | 11:08

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanıldı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

21 Yanvar 2026