04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 5-də Ağcabədinin Aşağı Avşar kəndində şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb.
Qeyd edək ki, pasiyent Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra dərhal əməliyyat blokunda alınmış, əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilirdi.
Bakı 




