• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu rayonlar iki saat işıqsız qalacaq

CƏMİYYƏT

11 Mart 2026 | 08:13 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayonlar iki saat işıqsız qalacaq

Bu gün Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən bildirilib.

Məlumata görə, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026