• Bakı C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bakıvaxtı.az yazdı, problem həllini tapdı - FOTO

CƏMİYYƏT

09 Aprel 2026 | 22:50

Bakıvaxtı.az yazdı, problem həllini tapdı - FOTO

Aprelin 2-də Bakıvaxtı.az-da “Bakı-Sumqayıt yolunda dəmir arakəsmə ÖLÜM SAÇIR” başlıqlı məqalə dərc olunub.

Məqalədə Bakı-Sumqayıt yolunda, “Abşeron” Gənclər şəhəricyinin qarşısındakı dəmir arakəsmənin təhlükəli olmasından bəhs edilir.

Bakıvaxtı.az xatırladır ki, bir müddət öncə həmin hissədə avtomobil qəzası baş verib və nəticədə dəmir arakəsmə yararsız hala düşüb. Belə ki, arakəsmənin dirəkləri önə əyilərək, ən azı 50-60 santimetr qabağa çıxıb. Bu isə sürücülər üçün olduqca böyük təhlükə, risk vəd edir.

Aidiyyəti qurumların Bakıvaxtı.az-da dərc olunan məlumatla bağlı reaksiyası özünü çox gözlətməyib.

Belə ki, qeyd olunan dəmir arakəsmə bərpa olunub və bununla da sürücülər dəhşətli təhlükədən can qurtarıblar.

Aydın Baxış


SON XƏBƏRLƏR

09 Aprel 2026