• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb

CƏMİYYƏT

10 Yanvar 2026 | 11:21

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

    Həmçinin atarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


    SON XƏBƏRLƏR

    10 Yanvar 2026