• Bakı 19° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Daha bir şəhərdə ehsan verilməsi ləğv edildi

CƏMİYYƏT

09 Avqust 2025 | 12:02

Daha bir şəhərdə ehsan verilməsi ləğv edildi

Mingəçevirdə yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb.

Bildirilir ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026