• Bakı 27° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

SİYASƏT

09 Avqust 2025 | 11:25

Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilmişdir.

İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daiməmin-amanlıq və firavanlıq diləyirəm".


SON XƏBƏRLƏR