• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

SİYASƏT

08 Sentyabr 2025 | 11:12

Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror cari il sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026