Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya prosesi davam etməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib
Onun sözlərinə görə, elə ərazilər var ki, Ermənistana məxsusdur, lakin, Azərbaycanın nəzarətindədir. Amma elə ərazilər də var ki, Azərbaycana məxsusdur, amma Ermənistanın nəzarətindədir. Ona görə də, demarkasiya prosesi davam etməlidir.
“Bizə aid olmayan əraziləri Azərbaycana qayıtmalıyıq. Azərbaycana aid olmayan ərazilər də bizə qaytarılmalıdır”, - deyə Paşinyan bildirib.