Şimali Koreya təbliğat yayımı üçün Cənubi Koreya ilə sərhəddə quraşdırılmış səsgücləndiriciləri sökməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
“Bu səhər Şimali Koreya ordusunun Cənubi Koreyaya yönəlmiş səsgücləndiriciləri sökmək üzrə fəaliyyəti müəyyən ərazilərdə qeydə alınıb”, - Komitədən bildirilib.
Hərbçilər əlavə edib ki, KXDR-in sərhəddəki bütün səsgücləndiriciləri söküb-sökməyəcəyini hələ dəqiqləşdirmək lazımdır. Qeyd olunur ki, Cənubi Koreya rəsmi Pxenyanın müvafiq fəaliyyətini izləməyə davam edəcək.
Mövcud məlumatlara görə, KXDR 40-a yaxın ərazidə belə səsgücləndiricilər quraşdırıb, onların bəzilərində artıq sökülmə işləri başa çatıb.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreya sərhəddəki gərginliyi azaltmaq üçün oxşar addımlar atmışdı. Cənublular KXDR-ə istiqamətlənmiş 20-yə yaxın stasionar səsgücləndiricini sökmüşdü.