• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Şahbaz Şərif: Pakistan Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşmasını alqışlayır

SİYASƏT

09 Avqust 2025 | 14:14

Şahbaz Şərif: Pakistan Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşmasını alqışlayır

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi sülh razılaşmasını alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. “Bu mühüm hadisə onilliklər ərzində münaqişə və insan iztirabları yaşamış Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını qoyur. Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını müdriklik, uzaqgörənlik və ağıllı qərarlar əsasında bölgənin dinc gələcəyini formalaşdıran bu tarixi razılaşma münasibətilə təbrik edirik”, - deyə Baş nazir vurğulayıb.

O qeyd edib ki, Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və bu qürurverici tarixi anda da onların yanındadır.

Baş nazir həmçinin ABŞ Prezident Donald Trampın rəhbərliyi ilə iki tərəfi bir araya gətirərək ticarət, əlaqəlilik və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşmanın əldə olunmasında göstərdiyi vasitəçilik rolunu yüksək qiymətləndirib.

“Ümid edirik ki, bu dialoq ruhu uzunmüddətli münaqişələrlə üzləşən digər regionlar üçün də nümunə olacaq”, – deyə Şahbaz Şərif əlavə edib.


SON XƏBƏRLƏR